Berti Foqts: Bundan sonra da gənc futbolçulara güvənməliyik
09.07.2012 - 17:10
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts vaxtilə çalışdığı Almaniya yığmasının növbəti dəfə böyük turniri titulsuz başa vurmasına biganə qala bilmir. Apasport.az saytının məlumatına görə, 66 yaşlı almaniyalı mütəxəssis 16 il əvvəl Avropa çempionu etdiyi Bundestimin AVRO-2012-ni də zirvədən kənar qalmasına üzülüb.
Foqts artıq 16 ildir titul həsrətində olan yığmaya uğurun yolunu göstərib: “Əlbəttə Almaniya yığması titul qazanmağa layiqdir. Lakin xeyli müddətdir buna nail ola bilmir Buna baxmayaraq ruhdan düşməyə dəyməz. Almaniya futbol İttifaqı tutduğu yolu davam etdirməlidir. Bundan sonra da gənc futbolçulara güvənməliyik. Onların həqiqətən də nəyə qadir olduqlarını göstərmələrinə nail olmalıyıq”.

0
0