Safura Əlizadə: Bu hisslər mənə tanışdır
09.07.2012 - 20:10
“Mənim qadın futboluna olan münasibətim çox gözəldir. Hər bir idman növündə olduğu kimi, futbolda da cins anlayışı yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında müğənni Safura Əlizadə deyib.
Avroviziya-2010 mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və 5-ci yeri tutan gənc müğənni ölkəmizdə keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ni dəstəklədiyini deyib. O, ölkəmizdə qadın futboluna marağın artıdğını da vurğulayıb: “Azərbaycanda qadın futbolunun yaşı çox olmasa da, buna maraq çox böyükdür və qadın futbolu insanlar tərəfindən dəstəklənilir. Bu hal məni çox sevindirir, çünki mən də qadın futbolunu hər zaman dəstəkləyir və vaxtım olanda bütün oyunları izləyirəm”.
Əlizadə mötəbər yarış öncəsi futbolçularımıza arzularını da çatdırıb: “Qızlarımızın üzərinə Azərbaycanımızı təmsil etmək kimi məsul vəzifə düşür və bu hisslər mənə tanışdır. Ona görə də onlara güclü və səbrli olmağı arzulayıram. Uğurlar!”.

0
0