Tünzalə Ağayeva: İndi növbə futboldadır
09.07.2012 - 21:47
Tünzalə Ağayeva: İndi növbə futboldadır
“Qadın futbolu mənim üçün çox önəmlidir və qızlarımızı göstərdiyi səylərə görə alqışlayıram”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva deyib.

O, ölkəmizdə keçirilək futbol üzrə dünya çempionatına dəstək məqsədi ilə keçirilən tədbirlərdə mütəmadi iştirak etməklə, xanım futbolçularımıza uğurlar arzuladığını bildirib: “Azərbaycan xanımları bir çox idman növlərində aktivdirlər və saysız uğurlar əldə ediblər. İndi isə növbə futboldadır”.

Xanım müğənni bu turnirin ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini də deyib: “İmic baxımından bu turnir ölkəmiz üçün çox önəmlidir. Bu çox böyük tədbirdir və ölkəmizin də iqtisadi və siyasi gücünü dünyaya nümayiş etdirmək üçün çox gözəl vasitədir”.