Edin Nureddinoski: Azərbaycandakı klublar yüksək peşəkarlığa malikdir
10.07.2012 - 10:35
Edin Nureddinoski: Azərbaycandakı klublar yüksək peşəkarlığa malikdir
“Çoxları üçün Azərbaycan futbol ölkəsi deyil. Mən də “Bakı” ilə danışıqlara başlayana qədər bu fikirdə idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun yeni transferi Edin Nureddinoski deyib.

Makedoniya milli komandasının 30 yaşlı qapıçısı karyerasını ölkəmizdə davam etdirəcəyinə münasibət bildirib: “Lakin indi əminəm ki, bu belə deyil. Çünki Azərbaycanda futbolun öz çəkisi var. Burda heyranedici şərait var. Bütün klublar yüksək peşəkarlıq səviyyəsinə malikdir. Premyer Liqanın səviyyəsi ildən ilə artır. 2-3 ildən sonra çempionat Avropa səviyyəsində olacaq”.