“Mura” – “Bakı” oyununu izlə, güzəşt əldə et
10.07.2012 - 12:04
“Mura” – “Bakı” oyununu izlə, güzəşt əldə et
Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Mura” – “Bakı” oyununun bilet satışı davam edir. Apasport.az saytının məlumatına görə, Sloveniyada baş tutacaq qarşılaşmaya cəmi 800 bilet qalıb. “Mura” rəhbərliyi Lendava İdman Parkında keçiriləcək qarşılaşmada daha böyük azarkeş dəstəyi əldə etmək üçün yenilik tətbiq edib. Belə ki, oyuna bilet alanlar Sloveniya çempionatının ilk turunun matçında güzəşt əldə edəcək. “Rudar”la “Fazaneriya”dakı oyuna bilet almaq üçün “Bakı” ilə oyunun biletini göstərməklə qazanc əldə etmək olar. Belə azarkeşlər əsas tribunaya 10, kənar tribunalara 8 avro olan biletləri yarı qiymətə əldə edəcək. Avropa Liqası matçını izləyən 12 yaşadək uşaqlar üçün isə “Rudar”la matça giriş 1 avro təşkil edəcək.

Qeyd edək ki, “Mura”nın “Bakı” ilə oyunu iyulum 12-də, “Rudar”la qarşılaşması 15-də baş tutacaq.