Millimizə qol vuran futbolçunun 6 milyonunu oğurladılar
10.07.2012 - 14:32
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının futbolçusu Roman Pavlyuçenkonun evi qarət olunub. Apasport.az saytının məlumatına görə, oğrular “Lokomotiv”in hücumçusunun Moskvadakı mənzilini soyublar. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Romanın 6 milyon rublluq dəyərində əşyalar, habelə futbolçunun görüşdüyü rəqiblərindən hədiyyə aldığı, son Avropa çempionatından gətirdiyi formalar aparılıb.
Onun həyat yoldaşı Larisanın polisə müraciətindən sonra araşdırmaya başlanılıb və məlum olub ki, oğurluq evdə adam olmayan - iyulun 4-ü səhər 7-dən 9-u 20:20-yə kimi zamanı reallaşıb.
Qeyd edək ki, Pavlyuçenko yığmasının milli komandamıza ilk qolunu vuran futbolçu kimi tarixə düşüb.

0
0