“Qızıl buts”un sahibi Azərbaycana futbolçu axınından danışdı
10.07.2012 - 15:13
“Qızıl buts”un sahibi Azərbaycana futbolçu axınından danışdı
“Ən yazşı futbolçularımız ölkə xaricinə üz tuturlar. Dünyanın hər yerində makedoniyalı oyunçulara rast gəlmək olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniya futbolunun əfsanələrindən olan Darko Pançev deyib.

1991-ci ildə “Srvena Zvezda” ilə Çempionlar kubokunu qazanan, 1990/91 mövsümündə vurduğu 34 qolla Avropanın “Qızıl buts”unu əldə edən hücumçu həmyerlilərinin ölkə xaricinə axınına münasibət bildirib: “Qazaxıstan, Azərbaycan, Çin kimi ölkələr də də Makedoniyalılar çıxış edir. Bu isə yerli klublarda əsasən gənclərin oynamasına şərait yaradır. Legionerlərimiz ölkə xaricində təcrübə toplayır, gənclər isə oyun praktikası qazanır”.

Qeyd edək ki, Pançevin həmyerlilərindən Slavço Georgiyevski “İnter”, İqor Mitreski “Neftçi”, Edin Nureddinoski “Bakı”nın şərəfini qoruyur.