“Sumqayıt”dan 2 illik müqavilə
10.07.2012 - 16:05
Ötən mövsüm “Sumqayıt”da keçirən Ramil Həşimzadə qısa fasilədən sonra yenidən “Gənclik şəhəri” təmsilçisinə qayıdıb. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl “İnter”lə müqavilə imzalamış 21 yaşlı futbolçu “bankirlər”in əsas heyətinə düşməyi bacarmadığımdan yenidən “Sumqayıt”da çıxış edəcək. Artıq Həşimzadə əvvəlki klubu ilə müqavilə də imzalayıb. Anlaşma 2 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Ramil 2011/12 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 12 qarşılaşmada (511 dəqiqə) meydana çıxıb.
Qeyd edək ki, Ramil 2011/12 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 12 qarşılaşmada (511 dəqiqə) meydana çıxıb.
0
0