“Xəzər Lənkəran” mərhələ keçməyə layiq komandadır”
10.07.2012 - 22:18
“Oyun gərgin keçdi. Ruslan Abışov gözəl qolla hesabı açdıqdan sonra daha çox qüvvə sərf etdik. Daha dəqiq oynayıb ilk oyundakı səhvləri təkrarlamadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran2ın hücumçusu Branimir Subaşiç deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin Estoniya “Nomme Kalyu”su ilə səfər oyununda 2-ci qolu vurmaqla 2:0 hesablı qələbədə pay sahibi olan futbolçu qarşılaşma haqda fikirlərini açıqlayıb: “Qol buraxmayıb ikinci qolumuzu vurmaqla qələbəni əldə etdik. “Xəzər Lənkəran” mərhələ keçməyə layiq komandadır. İlk oyundan sonra əmin idim ki, II təsnifat mərhələsinə biz çıxacağıq. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm ki. Səhvsiz oynayıb qələbənin qazanılmasında pay sahibi oldular. Bu, “Xəzər Lənkəran”ın avrokuboklarda ilk qələbəsidir. Bu münasibətlə komandanın bütün üzvlərini, azarkeşlərini, hamını təbrik edirəm”.

0
0