“Xəzər Lənkəran”dan Azərbaycanın reytinqinə növbəti töhfə
11.07.2012 - 09:50
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümündə Avropa Liqası və Çempionlar Liqasının baş tutan cavab oyunlarından sonra UEFA ölkələri xal hesablarını dəyişə bilib.
Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına 0,250 xal əlavə edib. Bununla da cari mövsüm toplanan xalların ümumi sayı 0,750-ə çatıb. Bunun düz yarısı – 0,375-i “Xəzər Lənkəran”ın payına düşür. “İnter” 0,250, “Bakı” 0,125 xal qazanıb.
Bu isə ölkəmiz reytinqini 6,291-ə çatmasına imkan verib. Lakin bu ölkəmizin mövqeyi dəyişməz qalıb. Buna baxmayaraq yenə 35-ci olan Azərbaycan özündən irəlidəki ölkələrlə fərqi bir az da azaldıb. İndi 34-cü olan İrlandiyadan 0,459 xal geri qalırıq.
UEFA reytinqinin 4-cü onluğu

| 31 | Finlandiya | 7.008 |
|---|---|---|
| 32 | Bosniya-Herseqovina | 6.958 |
| 33 | Sloveniya | 6.833 |
| 34 | İrlandiya | 6.750 |
| 35 | Azərbaycan | 6.291 |
| 36 | Moldova | 5.791 |
| 37 | Litva | 5.375 |
| 38 | Latviya | 5.041 |
| 39 | Qazaxıstan | 4.958 |
| 40 | İslandiya | 4.541 |
0
0