Ərəblər Dieqo Maradonanı qovdu
11.07.2012 - 09:58
Ərəblər Dieqo Maradonanı qovdu
Əfsanəvi futbolçu Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərindən qovulub. Apasport.az saytının məlumatına görə, “Əl-Vəsl” klubunun rəhbərliyi 52 yaşlı argentinalı baş məşqçisini vəzifəsindən çıxıb. Maradona Dubay təmsilçisi ilə 2 illik müqaviləni ötən ilin mayında imzalamışdı. Bu ilin iyunun ortasında klubun Direktorlar Şurası komandanın ötən mövsüm uğursuz çıxışına görə tam heyətlə istefa verdi.

Qeyd edək ki, Maradona 2010-cu il dünya çempionatında uğursuzluqdan sonra Argentina yığmasının baş məşqçisi postundan ölkənin futbol federasiyasının rəhbərliyi ilə fikir ayrılığı üzündən getmişdi.