2 klubla mərhələ keçən 3-cü mütəxəssis
11.07.2012 - 14:41
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis avrokuboklarda 2 komandamızla mərhələ keçən nadir çalışdırıcılardan olub.
2006/07 mövsümündə UEFA kubokunda ilk mərhələ keçən Azərbaycan klubu “Karvan”ın “sükanı arxası”nda olan Hüseynov 6 ildən sonra “Xəzər Lənkəran”da da ilkdə pay sahibi oldu. Yevlax təmsilçisi Slovakiya “Spartak”ını dayandırmaqla bu yarışda mərhələ keçən birinci təmsilçimiz olmuşdusa “Xəzər Lənkəran” öz tarixində ilk dəfə mərhələ keçdi.
Avropa Liqasının I təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” klubunu keçən yetirmələri Hüseynovu 2 klubla mərhələ adlamasını rəsmiləşdirib. Bununla da mütəxəssis Böyükağa Ağayev və Ağasəlim Mircavadovdan sonra buna nail olan 3-cü baş məşqçi olub. Həmkarları 5 ildən sonra 2-ci komandasını uğuru daşımışdısa Hüseynov buna daha uzun – 6 illik fasilədən sonra nail olub.
Qeyd edək ki, ümumilikdə isə 8 baş məşqçi Azərbaycan klubları ilə mərhələ adlayıb.
Azərbaycan klubları ilə mərhələ adlayan baş məşqçilər
7 - Qurban Qurbanov – 2 (2009/10), 3 (2010/11), 2 (2011/12)
2 – Böyükağa Ağayev - 1 (1999/2000), 1 (2004/05)
2 – Ağasəlim Mircavadov - 1 (2000/01), 1 (2005/06)
2- Yunis Hüseynov - 1 (2006/07), 1 (2012/13)
2 – Anatoli Demyanenko - 2 (2008/09)
1 – Kazbek Tuayev – 1 (2004/05)
1 – Valentin Xodukin - 1 (2008/09)
1 – Qyoko Hacıyevski – 1 (2009/10)

0
0