“Büdcəsi bizdən 30 dəfə artıq olan “Bakı”nı məğlub etməyin...” - MÜSAHİBƏ
13.07.2012 - 10:16
“Büdcəsi bizdən 30 dəfə artıq olan “Bakı”nı məğlub etməyin...” - MÜSAHİBƏ
Sloveniyanın “Mura” komandasının futbolçusu Leon Horvat klubunun saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, sloveniyalı Avropa Liqasının I təsnifat mərhələsinin “Bakı” ilə oyunu haqda danışıb.

- 2:0 hesablı qələbədən sonra hansı hissləri keçirirsiniz?
- Büdcəsi “Mura”nınkından 30 dəfə artıq olan rəqibi məğlub etməyin təəssüratlarını sözlə ifadə edə bilmirəm.

- Qələbəni nəyin sayəsində əldə etdiniz?
- Bizim komanda daha böyük ürəyə malikdir. Qələbəni də ürəklə əldə etdik.

- Bunu deyəndə nəyi nəzərdə tutursunuz?
- Bizdə “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipi önəmlidir. Bu da həm əvvəlki, həm indiki baş məşqçimizin əməyidir. Düşünürəm ki, əsl “Mura” görəcəyimiz günə az qalıb.

- Azarkeş dəstəyindən razı qaldınız?
- Əlbəttə. Biz onların köməyi ilə qalib gəldik.

- Artıq növbəti mərhələdəki rəqib MOİK haqda düşünə bilərsiniz...
- İndi yatıb dincəlməyi düşünürəm. Sonra bərpa olunub qarşıdakı matçlara hazırlaşmalıyıq. Əvvəl çempionatın “Rudar”, sonra Avropa Liqasının MOİK-lə qarşılaşması var.