“Simurq”un Avstriyadakı rəqibləri müəyyənləşib
15.07.2012 - 09:09
“Simurq” növbəti mövsümə hazırlıq çərçivəsində Avstriyaya yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Austria Trend Hotel"ində məskunlaşan komanda artıq ilk məşqinə çıxıb. Yağışlı hava səbəbindən yüngül tapşırıqlarla yekunlaşan çalışmada Georgi Çixradzenin yetirmələri qısa ötürmələr və iki tərəfli oyunla hazırlığı tamamlayıb.
Toplanışını 2 məşqlə davam etdirəcək zaqatalalılar Avstriyada dörd yoldaşlıq görüşündə gücünü sınayacaq. Belə ki, sonradan təşkilatçılar tərəfindən heç bir dəyişikliklər edilmərsə, iyulun 17-də Misirin "Əl-Əhli", 20-də Almaniyanın "Dinamo” (Drezden), Bolqarıstanın “Lokomotiv” (Plovdiv), Türkiyənin 27-də "Kayserispor"la oyun olacaq.

0
0