Azərbaycan çempionu Kabuletiyə hazırlığa gedəcək
15.07.2012 - 13:14
Azərbaycan çempionu Kabuletiyə hazırlığa gedəcək
Sabah "Neftçi"nin əvəzedici komandası Gürcüstana yollanacaq. Apasport-az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əvəzedicilərin çempionatının son qalibi Kabuleti şəhəri yaxınlığındakı Ureki bölgəsində təlim-məşq toplanışı keçəcək. İyulun 29-a qədər davam edəcək hazırlıq prosesi çərçivəsində 3 yoxlama matçı keçiriləcək. Bunlar iyulun 21, 25 və 28-ə planlaşdırılıb.

Əvəzedici komanda Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Neftçi"nin əsas komandasını dəstəkləmək üçün Zestafoniyə yollanacaq. Bu matç iyulun 24-də Bakı vaxtı ilə saat 22:00-də keçiriləcək.