Messidən şok etiraf: Futbolçular məni axmaq sayırdılar
15.07.2012 - 13:51
Messidən şok etiraf: Futbolçular məni axmaq sayırdılar
Son 3 ildə dünyanın ən yaxşı futbolçusu seçilən argentinalı Lionel Messi karyerasının əvvəli ilə bağlı şok açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 25 yaşlı hücumçusu komanda yoldaşları onun anormal olduğunu düşündüyünü bildirib.

Messinin sözlərinə görə, “Barsa”da ilk vaxtlar sıxılırmış və heç kimlə ünsiyyət qurmurmuş: “Sesk Fabreqas mənə danışırdı ki, mən “Barselona”ya gələn anda bir az anormal olduğunu fikirləşirdilər. Etiraf edirəm ki, o, Herard Pike və mənimlə Futbol Akademiyasında məşq edən digər futbolçular məni axmaq sayırdılar. Çünki meydanda, paltardəyişmə otağında, adi həyatda heç kimlə danışmırdım və komanda yoldaşlarım lal olduğumu qərara aldılar. Əlbəttə, indi daha açıq olmuşam və “Barselona”nın Akademiyasında olduğu kimi özümü sakit aparmıram. Mən Neymara xoş sözlərə görə minnətdaram. Rəqiblərinin sənin oyununu qiymətləndirəndə, həmişə xoşdur”.

Qeyd edək ki, Messi uzun illərdir oynadığı “Barselona”nın yetirməsidir.