Ronaldo sevgilisi ilə 4 milyon avroluq qoruqda yaşayacaq
15.07.2012 - 16:22
Dünyanın ən bahalı futbolçusu olan Kriştianu Ronaldo özünə yeni malikanə alıb. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ın portuqaliyalı hücumçusu rusiyalı sevgilisi İrina Şeyklə birgə 4 milyon avro dəyərində olan qoruqda yaşayacaq. Bu, Portuqaliyanın şimalında yerləşir və ev milli park olan Pered-Qreşin mərkəzindədir. Ora piyada gəlmək qeyri-mümkündür və yalnız havadan – vertolyotla yetişmək olar.
800 kvadrat metr ərazisi olan ev 1 ildən artıqdır tikilir. Çünki ekoloji məsələlərə görə inşaat materialları yük maşınları olan gətirmək olmazdı. Artıq hazır olan iki mərtəbəli evdə hər şey, hətta türk hamamı var. Bunadək Ronaldo vətənində Alqarve şəhərində gecə klubu açaraq, ona “Seven” adı vermişdi. Bu da “Real”da və kapitanı olduğu yığmada oynadığı 7 nömrə ilə bağlı idi.
Millisinin heyətində bürünc mükafat qazandıqları Avropa çempionatından sonra məzuniyyətə yollanan Kriştianunu jurnalistlər İrina ilə birgə Tailandda istirahətdə olduqları zamanı çəkiblər. Şeyk onların Madeyrada iyulun 12-də toylarının olacağını demişdi. Ancaq onun keçirilməyi ilə bağlı mətbuata heç bir məlumat daxil olmayıb. Futbolçu ilə sevgilisi sosial şəbəkələrində ünvanlarında da bu haqda bir açıqlama yazmayıblar.

0
0