“Lex”dən Lənkəran səfəri öncəsi islahatlar
15.07.2012 - 17:00
“Lex”dən Lənkəran səfəri öncəsi islahatlar
“Xəzər Lənkəran”ın Avroliqada növbəti rəqibi olan Polşanın “Lex” klubu heyətində islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi I və I təsnifat mərhələsinin oyunları arasında iştirak ərizəsində dəyişiklik etmək hüququndan istifadə edir. Belə ki, komanda 2 futbolçunun – polşalı yarımmüdafiəşi Kamil Druqasla belaruslu hücumçu Artyom Krivetsin adlarını sifariş vərəqindən çıxarıb. İki il öncə Çempionlar Liqasında Bakının “İnter” klubu ilə oyunlarda iştirak edən belaruslu karyerasını Çində davam etdirəcək. Kamil isə başqa kluba icarəyə yollanmağa çox yaxındır.

Onların yerinə artıq bir futbolçu heyətə daxil edilib. Belə ki, Yakub Vilk “Lex”in futbolçusudur və Qdanskın “Legiya” klubundan icarədən qayıdıb. Bundan əlavə, Yaroslav Ratayçak da Poznan klubunda oynayacaq. Sol cinah müdafiəçisi müqavilə ilə klubda saxlanılıb və yaşlılardan fərqli daha çox faydalı ola bilən bu gənc futbolçunun xidmətindən istifadə ediləcək.

Qeyd edək ki, “Lex” “Xəzər Lənkəran”la ilk oyununu iyulun 19-da Lənkəranda keçirəcək.