Messi yalandan müsahibəsini yazan jurnalı məhkəməyə verir
15.07.2012 - 18:01
Dünyanın ən yaxşı futbolçusu olan Lionel Messinin şok açıqlamağının tezliklə əks-sədası çıxıb. Apasport.az saytının məlumatına görə, “Barselona”nın 25 yaşlı hücumçusu onun bu fikrini dərc edən Macarıstanın “Sport Kipes” jurnalını məhkəməyə verməyə hazırlaşır.
Messinin sözlərinə görə, bu jurnal tirajını artırmaq məqsədilə onun adından yalandan müsahibə dərc edib. Orada əsas diqqəti çəkən fikir Lionelin “Barselona”nın Akademiyasında olduğu zamanı onu çoxlarının axmaq saymağı idi: “Mən heç vaxt belə müsahibə verməmişəm. Orada yazılanların hamısı ağ yalandır. Mən bu jurnalı yalana görə məhkəməyə vermək hüququndan istifadə edirəm”.

0
0