“Rəvan” Superliqa təmsilçisi ilə heç-heçə etdi
16.07.2012 - 08:44
“Rəvan” Superliqa təmsilçisi ilə heç-heçə etdi
“Rəvan” Türkiyədəki hazırlıq prosesində 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, türkiyəli Cevat Gülərin baş məşqçisi olduğu komanda Superliqa təmsilçisi “Karabükspor”la oynayıb. Gülərin həmyerliləri ilə dueli qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, “Rəvan” ilk matçında Səudiyyə Ərəbistanın “Najran” klubuna 2:1 hesabı ilə qalib gəlmişdi.