Çempionlar Liqasında 14-cü cəhd
16.07.2012 - 10:59
Sabah Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Premyer Liqamızın qalibi “Neftçi” də ilk təmsilçimiz olduğu Avropanın ən nüfuzlu turnirində çıxış edəcək. Bununla da avrokuboklarda sonuncu təmsilçimiz də mübarizəyə qoşulur və ÇL-də 14-cü mövsümümüz start götürür.
Rəqib Gürcüstan çempionu “Zestafoni”dir ki, onunla 1994-cü ildən başlayan avrokuboklar tarixində ilk dəfə üzləşəcəyik. Püşkdə güclü potensial rəqiblərin olduğunu nəzərə alsaq, “Neftçi”yə bu komandanın düşməyi mərhələ keçmək şansını artırır. Bunun üçünsə münasib rəqiblə ev oyununda qalib gəlib, səfərə üstünlüklə yollanmaq lazımdır. Hər halda, öz meydanında heç-heçə belə, işini çətinləşdirir və qələbənin qol buraxmadan qazanılmağı da vacibdir.
Sözsüz ki, çempion rəqibdən asılı olmayaraq qətiyyən arxayınçılığa yol verməməlidir. Bunun acı nəticəsini həmşəhərliləri “Bakı” Avroliqada gördü. Gürcüstan futbolu da həmişə səviyyəsi ilə seçilib. Təsadüfi deyil ki, bu ölkənin təmsilçiləri ilə qitə miqyaslı turnirində hər 2 duel bizim üçün uğursuz olub. Bunlardan “Tiflis” UEFA kubokunda “Şəmkir”i, “Sioni” Çempionlar Liqasında “Bakı”nı mübarizədən kənarlaşdırıb. Yeri gəlmişkən, sonuncularda baş məşqçi hazırda “Neftçi”ni çalışdıran Böyükağa Hacıyev olub. Düzdür, onun səhhətində problemlər yarandığından, sabahkı matça komandanı köməkçisi Tərlan Əhmədovun çıxaracağı gözlənilir.
Hacıyev 6 il öncə ÇL-də gürcülərlə uğursuz oyundan nəticə çıxardaraq, bu dəfə uğurlu çıxışla əvəz etməyə çalışacaq. “Neftçi” buna nail olarsa, avrokuboklarda ən azı 4 oyunu özü zəmanət edəcək. Belə ki, III təsnifat mərhələsində uduzan komanda çıxışını Avroliqada davam etdirmək hüququ qazanır. Bu isə həmin turnirin son təsnifat mərhələsidir ki, orada qalib gələnlər qrup mərhələsinə vəsiqə qazanır. Təbii ki, bu, futbol tariximizdə hələ imza atmadığımız, ancaq böyük ümidlərlə gözlədiyimiz uğurdur. İndiyə kimi “Qarabağ” buna nail olmağa yaxın olub ki, onda “Tvente” və Dortmund “Borussiya”sı kimi güclü rəqiblər buna imkan verməyib.
“Zestafoni” ilə matç eyni zamanda yeniləşən “Neftçi”yə qiymət verəcək. Hər halda, komandanın ÇL-də iştirak ərizəsindəki futbolçuların yarısı ötən mövsüm çempion olan heyətində yer almayıb. Bəzi gənc futbolçularını icarədən qaytaran “Neftçi” bir sıra transferlərə imza atdı ki, onlar arasında xeyli fasilədən sonra qayıdan Rəşad Sadiqovun üzərinə böyük yük düşəcək. Çünki indiki komandası ÇL-də ilk dəfə mərhələ keçərkən – 2004 və 2005-ci illərdə onun sıralarında olan Rəşad son 3 ildə “Qarabağ”la uğurla Avroliqada uğurlu çıxışdan böyük təcrübə qazanıb. Sadiqov mərkəzdə aparıcı futbolçu kimi hücumların əsas təşkil edənlərdən olacaq.
Premyer Liqamızda ötən mövsümün bombardiri olan özbək Bahodir Nasimovun zədə problemi olduğundan, hücumda əsas ümidlər yeni transfer, Çili yığmasının üzvü Nikolas Kanalesə yönələcək. Onunla yanaşı, “Xəzər Lənkəran”da çıxışı ilə tanınan afrikalı Julius Vobayın avrokuboklarda klublarımızın heyətində debütündən çox şey asılı olacaq.
Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyun
17 iyul
21:00. “NEFTÇİ” (AZƏRBAYCAN) – “ZESTAFONİ” (GÜRCÜSTAN)
Baş hakim: Mariuş Avraam (Rumıniya)
Bakı. “Dalğa Arena” stadionu

0
0