“Neftçi” üçün maltalı
16.07.2012 - 11:44
“Neftçi” üçün maltalı
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 17-də keçiriləcək "Neftçi" - "Zestafoni" (Gürcüstan) qarşılaşmasının ədalət təmsilçilərinin tam siyajısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah saat 21:00-da başlayacaq görüşün baş hakimi Mariuş Avrama həmyerliləri kömək edəcək. Görüşün hakim-inspektoru isə Maltadan olacaq. Qarşılaşma AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək

21:00. “Neftçi” – “Zestafoni” (Gürcüstan)
Baş hakim: İonut Mariuş Avram
Baş hakimin köməkçiləri: Mikloş İştvan Nagy, Sebastyan Eugen George
Dördüncü hakim: Draqoş İstrate (hamısı Rumıniya)
Hakim-inspektor: Viktor Mintoff (Malta)

Mənbə: affa.az