I təsnifat mərhələsinin ikincisi
16.07.2012 - 18:51
I təsnifat mərhələsinin ikincisi
Azərbaycan klubları avrokubokların 2012/13 mövsümünün I təsnifat mərhələsində uğurlu çıxış edib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə çıxış edən 3 komandamız UEFA reytinqində ölkəmizin hesabına 1 xal yazıb. Bu isə ilk mərhələ üçün kifayət qədər yaxşı göstəricidir.

Ümumiyyətlə cari – yeni başlayan mövsümdə yalnız 9 komanda 1 və ya daha çox xal toplayıb. Bunlardan da 7-si oynamadan buna nail olub. Belə ki, Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqələr sayəsində bonus xallar toplayan 7 ölkə ilk sıralarda qərarlaşıb.

Avropada hələlik 9-cu olan Azərbaycan bu 7 ölkə ilə yanaşı Lüksemburqdan da geri qalır. Sonuncular isə I təsnifat mərhələsində ən yüksək reytinq toplayan ölkədir. Onların Azərbaycanı 2-ci pillədə saxlayıb lider olması Çempionlar Liqasında da oynamaları ilə bağlıdır.

2012/13 mövsümündə ən azı 1 xal toplayanlar

1. İngiltərə - 2,285
2-3. İspaniya – 1,714.
Almaniya - 1,714
4-6. Portuqaliya – 1,333
İtaliya – 1,333
Fransa – 1,333
7-8. Lüksemburq – 1,125
İslandiya – 1,125
9. Azərbaycan – 1,000