“Türkiyənin I liqası futbolçularımız üçün bir fürsətdir”
16.07.2012 - 15:15
“Mahir Şükürovla son vaxtlar əlaqəmiz yoxdur. Ancaq hamımız istəyirik ki, tezliklə özünə komanda tapsın. Çünki millinin aparıcı futbolçusudur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib. Rəşadın yoxluğunda vitse-kapitan kimi sarğını daşıyan Mahir Şükürov “Qəbələ” ilə müqaviləsini qarşılıqlı razılıqla pozandan sonra hələ də klubsuzdur.
Rəşad uzun illərdir millidə birgə oynadığı Mahirin tezliklə klub tapmağını vacib sayır: “Təbii ki, onun istər-istəməz klubsuz olmağı, yaxud millidən kənar qalmağı yığmanın da oyunlarında öz təsirini göstərəcək. Buna görə tezliklə klub tapıb, formaya düşməyini hamımız istəyirik”.
Sadıqov az öncə Türkiyənin I liqa təmsilçilərinə keçən millinin sabiq futbolçuları – Fabio Luis Ramimlə Cavid Hüseynovun seçimlərinə də münasibətini bildirib. 30 yaşlı kapitan onların çətin çempionatda çıxış edəcəyini düşünərək, yığmaya qayıdacaqlarına ümidlidir: “Millimizin məşqçilərinin Türkiyənin I liqasına qarşı münasibətinin necə olacağını bilmirəm. Ancaq fikirləşirəm ki, pis olmaz. Futbolçularımız əsas heyətdə stabil oynasalar, yəqin ki, milliyə dəvət alacaqlar. Türkiyənin Bank Asiya liqası onlar üçün bir fürsətdir. Orada özlərini yaxşı göstərsələr, bəlkə Superliqa təmsilçilərinin maraq dairəsinə düşə bilərlər. Ancaq çətin çempionatdır. Halbuki qıraqdan asan görünür. Orada gücə daha çox fikir verilir, istək, əzmkarlıq, köklənmə hesabına oynayırlar”.
Qeyd edək ki, Fabio “Karşıyaka”ya, Cavid “Adana Dəmirspop”a keçib.
Mehman SÜLEYMANOV

0
0