7615 gündən sonra
16.07.2012 - 18:16
Bakının “Neftçi” klubu müstəqillik dönəmində ilk dəfə Gürcüstan klubu ilə rəsmi oyun keçirəcək. Apasport.az saytının məlumatına görə, avrokuboklar və Birlik kubokunda Gürcüstan təmsilçiləri ilə qarşılaşmayan “ağ-qaralar” ilkə sabah imza atacaq. Çempionlar Liqasının II təsnifat mərhələsində “Zestafoni” ilə qarşılaşacaq bakılılar 21 ildən sonra Gürcüstan klubu ilə oynayacaq. “Neftçi” bu ölkə təmsilçisi ilə sonuncu dəfə 1994-ci ildə - son SSRİ çempionatında görüşüb. Həmin vaxt I dəstədə mübarizə aparan paytaxt təmsilçisi Suxumi “Dinamo”su ilə qarşılaşmışdı. 1991-ci il sentyabrın 11-də baş tutan son qarşılaşma Bakıda keçirilmişdi. 32-ci turun oyununda “Neftçi” 3:1 hesabı ilə qalib gəlmişdi. 7615 gün əvvəlki matç “Neftçi”nin Gürcüstan təmsilçiləri ilə son qarşılaşmasıdır.
0
0