Millinin sabiq futbolçusu özünü 4-cü mərtəbədən yerə atdı
16.07.2012 - 16:33
Millinin sabiq futbolçusu özünü 4-cü mərtəbədən yerə atdı
Moldova yığmasının sabiq futbolçusu Boris Çebotar intihar edib. Apasport.az saytının məlumatına görə, “Zimbru”nun 37 yaşlı keçmiş oyunçusunun bu səhər evinin qarşısında meyiti tapılıb. Bunu aşkara çıxaran qonşular ehtimal edir ki, Boris həyatla vidalaşmaq üçün özünü 4-cü mərtəbədən yerə atıb. Ölümün dəqiq səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, Çebotar son illərdə “Zimbru”nun gənc futbolçuların hazırlanması mərkəzində işləyirdi.
0