“Qəbələ”nin növbəti rəqibi “İndiya”
16.07.2012 - 16:44
“Qəbələ”nin növbəti rəqibi “İndiya”
Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı ikinci rəqibin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komanda iyulun 17-də Serbiya təmsilçisi “İndiya” FK ilə üz-üzə gələcək. İndiya şəhərini təmsil edən klubun əsası 1933-cü ildə qoyulub. Komanda Serbiya Birinci Liqasında mübarizə aparır.

Qeyd edək ki, “Qəbələ” ilk oyununda Çexiyanın “Karvina” klubu ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.