“Neftçi” darmadağınla başladı
17.07.2012 - 21:51
Bu gün Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ölkəmizin Avropanın ən nüfuzlu turnirində ilk və hazırda yeganə təmsilçisi olan “Neftçi” növbəti mövsümə uğurla start verib. Çempion ilk matçında böyük hesabla qalib gələrək, mərhələ keçmək vəzifəsini böyük ölçüdə həll edib. Bununla da “Neftçi” “Dalğa Arena”da böyük hesabla qələbə qazanan komandamız kimi tarixə düşüb.
“Neftçi” ilk hissənin ortasında 2 dəqiqəyə vurduğu 2 qolla oyunun taleyini həll edib. Əvvəlcə yeni transfer olan çilili hücumçu Nikolas Kanalesin başla ötürməsindən sonra Cavid İmamverdiyev qapıçı ilə təkbətək qalaraq, hesabı açıb. Ardından Cavidin ötürməsindən sonra Julius Vobay qapıçı ilə təkbətək çıxaraq, dəqiq zərbə vurub. İkinci hissənin əvvəlində isə artıq Kanales qol müəllifi olub və bununla da hər 3 futbolçu klublarımızın heyətində avrokuboklarda ilk dəfə fərqləniblər. “Neftçi” Gürcüstandakı cavab oyununu iyulun 24-də keçirəcək.
Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyun
17 iyul
“NEFTÇİ” (AZƏRBAYCAN) – “ZESTAFONİ” (GÜRCÜSTAN) - 3:0
QOLLAR: Cavid İmamverdiyev, 22; Julius Vobay, 23; Nikolas Kanales, 64
Baş hakim: İonut Mariuş Avram
Baş hakimin köməkçiləri: Mikloş İştvan Nagy, Sebastyan Eugen George
Dördüncü hakim: Draqoş İstrate (hamısı Rumıniya)
Hakim-inspektor: Viktor Mintoff (Malta)
Bakı: “Dalğa Arena”
"NEFTÇİ": 1. Rauf Mehdiyev, 2. Rail Məlikov, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
"ZESTAFONİ": 89. Roin Kvasxvadze, 2. Teymuraz Qonqadze, 4. Edik Sacaya, 5. Mamuka Kobaxidze, 9. Tornike Qorqiaşvili, 11. Caba Dvali, 14. Levan Şarikadze, 18. Zurab Menteşaşvili, 20. Zaal Eliava, 55. Tornike Aptsiauri (k), 80. Abayomi Seun.
Ehtiyat oyunçular: 12. Zurab Mamaladze, 3. Tornike Qriqalaşvili, 6. Tedore Qriqalaşvili, 8. Şota Babunaşvili, 10. David Muciri, 21. Mişiko Sardalaşvili, 27. Luka Ququçiya.

0
0