Fabio Kapellonun məvacibi müəyyənləşdi
17.07.2012 - 09:23
Fabio Kapellonun məvacibi müəyyənləşdi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapellonun məvacibi açıqlanıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis ildə təxminən 6 milyon avro alacaq. Bu puldan ödənəcək vergilər isə Rusiyanın büdcəsinə gedəcək. Hərçənd əvvəlki baş məşqçilər Dik Advokaat və Qus Hiddink vergini Hollandiyaya ödəyirdi.