“Xəzər Lənkəran”la “Sivasspor”u birləşdirən futbolçu
17.07.2012 - 17:18
“Xəzər Lənkəran”la “Sivasspor”u birləşdirən futbolçu
“Xəzər Lənkəran”ın transfer etmək istədiyi Rumıniya milli komandasının futbolçusu Marius Nukulaenin müştəriləri çoxdur. Apasport.az saytının məlumatına görə, Buxarest “Dinamo”sunun 31 yaşlı hücumçusuna Türkiyə Superliqasının təmsilçisi “Sivasspor” iddialıdır. Nikulaeyə digər 2 təklif isə Asiyadandır və daha cəlbedicidir. Belə ki, hücumçuya Cənubi Koreyanın “Pohanq” klubu elçi düşüb. Mariusun gələcək karyerası ilə bağlı tərəddüd etməyi Küveytin “Əl Küveyt” klubunun onun transferinə görə 400 min avro təklif etməyidir. “Dinamo”nun isə hücumçusuna görə 300 min avro istədiyi bildirilir.