“Neftçi” ilə on, yoxsa son?
17.07.2012 - 15:00
Bakının “Neftçi” komandası özünün və Azərbaycan klublarının avrokuboklardakı uğurlu seriyasını davam etdirməyə çalışacaq. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz 713 gündür avrokuboklarda ev oyunlarında uduzmur. Sonuncu belə üzüntünü “Qarabağ” yaşayıb.
2010-cu il avqustun 4-də Almaniya “Borussiya”sını qəbul edən ağdamlılar Dortmund təmsilçisinin qələbəsinə əngəl ola bilməmişdi. Lukas Barrisun son dəqiqələrdəki qolu klublarımızın Avropada son yenilgisi idi.
Bundan sonra ötən mövsüm 6, cari mövsüm 3 qarşılaşmada əcnəbilər Bakıdan qələbəsiz ayrılmışdı. Bu 9 oyunda təmsilçilərimiz 3 qələbə qazanıb və 6 dəfə heç-heçə edib. Məğlubiyyətsiz seriyanı 10-a çatdırmalı olan “Neftçi”nin özü də çoxdandır Bakıda uduzmur.
“Ağ-qaralar” 4723 gün əvvəl - 1999-cu il avqustun 12-dən sonra avrokuboklardakı ev oyunlarında uduzmur. Serbiya təmsilçisi “Srvena Zvezda”ya 2:3 hesabı ilə uduzan bakılılar ardıcıl 11 qarşılaşmada meydanı yenilgisiz tərk edib. Bu gün Gürcüstan “Zestafoni”sini qəbul edəcək “Neftçi” öz seriyasını 12-yə, ölkəmizin klublarının seriyasını 10-a çatdırmağa cəhd edəcək.

0
0