“Transfer pəncərəsi”nin seçilmişləri – SİYAHI
17.07.2012 - 15:31
Yay “transfer pəncərəsinin” ən bahalı oyunçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yayın ilk yarısında ən bahalı 10 futbolçu transferinə Tyaqo Silva başçılıq edir. Onun üçün 42 milyon avro ödəyən PSJ “Top-10”da 2 futbolçu ilə təmsil olunub.
| Futbolçu | amplua | Hansı klubdan | Hansı kluba | Qiyməti (mln. avro) |
|---|---|---|---|---|
| 1. Tyaqo Silva | Müdafiəçi | “Milan” | PSJ | 42 |
| 2. Eden Azar | Yarımmüdafiəçi | “Lill” | “Çelsi” | 40 |
| 3. Ezekil Lavessi | Hücumçu | “Napoli” | PSJ | 26 |
| 4. Lasina Traore | Hücumçu | “Kuban” | “Anji” | 18 |
| 5. Marko Roys | Hücumçu | “Borussiya” (M) | “Borussiya” (D) | 17,1 |
| 6. Sindzi Kaqava | Yarımmüdafiəçi | “Borussiya” (D) | “Mançester Yunayted” | 15 |
| 7. Xordi Alba | Müdafiəçi | “Valensiya” | “Barselona” | 14 |
| 8. Fabio Borini | Hücumçu | “Roma” | “Liverpul” | 13,3 |
| 9. Mario Fernandes | Müdafiəçi | “Qremio” | MOİK | 13 |
| 10. Mario Mandjukiç | Hücumçu | “Volfsburq” | “Bavariya” | 13 |
0
0