“Biz “Neftçi” ilə müqayisədə daha motivasiyalı olacağıq”
17.07.2012 - 16:30
“Biz “Neftçi” ilə müqayisədə daha motivasiyalı olacağıq”
“Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışı barədə müəyyən məlumatımız var. Rəqibin hazırlığını və yoxlama matçlarını izləmişik. Bilirik ki, ilk oyun asan olmayacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Zestafoni”nin qapıçısı Roin Kvasxvadze deyib.

23 yaşlı gürcüstanlı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün qarşılaşacaqları “Neftçi” ilə şanslarının bərabər olduğunu deyib: “Komandaların mərhələ keçmək şansı 50-nin 50-yədir. O ki, qaldı “Neftçi” tərəfinin püşkdə bəxtlərinin gətirməsi amilinə, bu bizim üçün yaxşıdır. Çünki biz onlarla müqayisədə daha motivasiyalı olacağıq. Bakı təmsilçisi ilə qarşılaşmada nəyin necə etməli olduğunu və uğur qazanmağın yollarını yaxşı bilirik. Məqsədimiz Avroliqanın qrupuna düşməkdir. Bu yolda əlimizdən gələni edəcəyik”.