AFFA-dan ingilis dili kursları
17.07.2012 - 16:52
Bu gün AFFA-nın inzibati binasının 1-ci mərtəbəsindəki iclas zalında Milli Mətbuat günü ilə bağlı Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüş keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu və KİV nümayəndələri iştirak edib.
AFFA rəsmisi çıxış edərək qurum rəhbərliyi – prezident Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovun adından jurnalistlərin peşə bayramını təbrik edib. Sonra mövcud problemlərin müzakirəsi aparılıb. Ən böyük problemlərdən biri kimi ingilis dilli jurnalistlərin azlığı olduğu qənaətinə gəlinib. Müzakirələrdən sonra qərara alınıb ki, AFFA media nümayəndələri üçün ingilis dili kursları təşkil etsin.

0
0