Azərbaycan çempionu “Lokarno”da
17.07.2012 - 18:58
Azərbaycan çempionu “Lokarno”da
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Yasin Hima özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümünün gedişində transfer olunub Azərbaycan çempionu adını qazanan əlcəzairli futbolçu İsveçrədə oynayacaq. 2011-ci ilin yayında “Neftçi”dən ayrıldıqdan sonra klubsuz olan Hima “Lokarno”da çıxış edəcək.

Qeyd edək ki, Yasin ötən yay Əlcəzair klublarından birinə keçməyə yaxın olsa da son anda transfer reallaşmamışdı.