Georgi Çiaberaşvili: “Neftçi” əsl gücümüzü görmədi
17.07.2012 - 22:19
“Komandam bu gün ən pis oyununu oynadı”. Apasport.az saytının xəbərinə görə, bunu “Zestafoni” klubunun baş məşqçisi Georgi Çiaberaşvili deyib.
Gürcüstanlı çalışdırıcı Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə oyundan sonrakı mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb: “Məsuliyyəti öz üzərimə götürürəm. Rəqib bizim əsl gücümüzü görmədi. Şansımız hələ bitməyib. Qarşıda daha 90 dəqiqə var. “Neftçi”nin güclü komanda olduğunu demişdim. Hesab da bunu göstərir”.
Xatırladaq ki, “Neftçi” ilk oyunda “Zestafoni” üzərində qələbə qazanıb – 3:0.

0
0