Tərlan Əhmədov: Cütün taleyi hələlik həll olunmayıb
17.07.2012 - 22:31
Tərlan Əhmədov: Cütün taleyi hələlik həll olunmayıb
“Qələbəni baş məşqçimiz Böyükağa Hacıyevə həsr edirik”. Apasport.az saytının xəbərinə görə, bunu Çempionlar Liqasının II təsnifat mərhələsinin “Zestafoni” ilə oyunundan keçirilən mətbuat konfransında “Neftçinin məşqçisi Tərlan Əhmədov deyib.

O bildirib ki, 3:0 hesablı qələbə qazansalar belə, cütün taleyi həll olunmayıb: “Rəqibin Avstriyadakı toplanış çərçivəsində, və ötən il avrokuboklarda oyunlarını izləmişdik. Bu komandaya qarşı açıq oynamaq çətindir. Daha çox fərdi oyuna üstünlük verirlər. Boşluq yaratmadıq. Layiqli qələbə qazandıq. Əsas nəticədir. Çatışmazlıqlar var. Cütün taleyinin həll olunduğunu düşünmürəm. Bizi qarşıda daha çətin bir qarşılaşma - cavab matçı gözləyir”.