Sadıq Sadıqov: Düzünü deyim ki, bu hesabla qələbə gözləmirdim
17.07.2012 - 22:41
Sadıq Sadıqov: Düzünü deyim ki, bu hesabla qələbə gözləmirdim
“Düzünü deyim ki, bu hesabla qələbə gözləmirdim”. Apasport.az saytının xəbərinə görə. Bunu “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.

“Ağ-qaralar” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Zestafoni”ni məğlubiyyətə uğratdı. Gürcüstan təmsilçisi üzərində 3:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandıran Sadıqov bildirib ki, indidən mərhələ keçəcəklərini demək olmaz: “Bu qələbəni baş məşqçimiz Böyükağa Hacıyevə həsr edirik. İndidən mərhələ keçdiyimizi söyləmək düzgün deyil. Qarşıda hələ cavab matçı var. Çalışıb Gürcüstanda da qələbə qazanmalıyıq”.