Bruno Bertuççi: Möhtəşəm qələbə qazandıq
17.07.2012 - 23:00
Bruno Bertuççi: Möhtəşəm qələbə qazandıq
"Bu gün əla oyun oynayıb möhtəşəm qələbə qazandıq. Azarkeşlərimizə isə söz ola bilməzdi". Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi"nin futbolçusu Bruno Bertuççi deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Zestafoni”ni üzərində 3:0 hesablı qələbədən sonra Bruno belə deyib: "Möhtəşəm qələbə qazanaraq Tiflisə üstünlüklə yollanacağıq. Ümid edirik ki, Gürcüstanda da qələbə qazanıb, azarkeşlərimizə iki-qat sevinc bəxş edəcəyik. Çünki onlar bu gün bizə inanılmaz dəstək verdilər". (korner.az)