“Simurq” “Əl-Əhli”yə uduzdu
18.07.2012 - 08:25
2012-2013-cü il mövsümünə hazırlıq çərçivəsində Avstriyada təlim-məşq toplanışında olan “Simurq” “Bişofsxofen” stadionunda “Əl-Əhli” klubu ilə yoldaşlıq görüşü keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi oyuna yaxşı başlasa da, sona qədər üstülüyünü qoruya bilməyib və 1:3 hesabı ilə məğlub olub. “Sarı-qaralar”ın yeganə qolunu qarşılaşmanın 2-ci dəqiqəsində hazırda baxışda olan bolqarıstanlı hücumçu Miroslav Antonov vurub.
Qeyd edək ki, “Simurq”un Avstriyadakı növbəti rəqibləri iyunun 20-də “Dinamo” (Drezden), 24-də “Lokomotiv” (Plovdiv” və 27-də “Kayserispor” olacaq.
Qeyd edək ki, “Simurq”un Avstriyadakı növbəti rəqibləri iyunun 20-də “Dinamo” (Drezden), 24-də “Lokomotiv” (Plovdiv” və 27-də “Kayserispor” olacaq.
0
0