UEFA reytinqinə növbəti töhfə
18.07.2012 - 10:26
UEFA reytinqinə növbəti töhfə
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar Liqasının II təsnifat mərhələsinin baş tutan oyunlarından sonra UEFA ölkələri xal hesablarını dəyişə bilib.

Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına daha 0,250 xal əlavə edib. Bu, “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan “Zestafoni”sini udması hesabına mümkün olub. 3:0 hesablı qələbə hesabımıza 0,250 xal gətirib.

Bununla da cari mövsüm yığılan xallarımızın sayı 1,250-yə çatdı. Bunun ən böyük hissəsini – 0,500-ü “İnter”ın payına düşür. “Xəzər Lənkəran” 0,375, “Neftçi” 0,250, “Bakı” isə cəmi 0,125 xal qazanıb.

Bu isə ölkəmizin reytinqini 6,791-ə çatmasına imkan verib. Lakin ölkəmizin mövqeyi dəyişməz qalıb. Hərçənd 35-ci olan Azərbaycan özündən irəlidəki İrlandiyanı arxada qoymağa yaxın idi. Lakin “Şemrok Rovers” heç-heçə etməklə Azərbaycanın irəliləməsinə əngəl olub.

UEFA reytinqinin 4-cü onluğu

31Finlandiya7.508
32Sloveniya7.333
33Bosniya-Herseqovina7.208
34İrlandiya6.875
35Azərbaycan6.791
36Moldova6.541
37Litva 6.000
38Qazaxıstan5.458
39İslandiya5.291
40Latviya5.291