“Neftçi” – Çempionlar Liqasının ən yaxşısı
18.07.2012 - 11:06
Bakının “Neftçi” klubu Çempionlar Liqasının arxada qalan oyunlarında ən yaxşılardan olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi II təsnifat mərhələsinin “Zestafoni” ilə oyununda Gürcüstan çempionunun qapısına 8 zərbə endirib.
Çempionlar Liqasında mübarizəyə başlayan 25 komanda arasında ən yüksək göstərici də məhz 8-ə bərabərdir. Belə ki, heç bir komanda çərçivəyə bundan artıq zərbə vurmayıb. “Neftçi” kimi Slovakiya təmsilçisi “Jilina”da rəqibinin qapısına eyni sayda 8 zərbə endirib.
Düzdür, zərbələrin ümumi sayında 3 klub “Neftçi” – “Jilina” cütlüyündən öndədir. Lakin həmin komandalar I təsnifat mərhələsində də oynadığından onlar 8 həddini 3 oyuna keçib. Onların hər oyuna vurduğu orta zərbə sayı isə Azərbaycan və Slovakiya çempionlarından xeyli aşağıdır.

0
0