Sadıq Sadıqov: Gələcəkdə onlardan çox şey gözləyirik - MÜSAHİBƏ
18.07.2012 - 11:44
“Neftçi”nin prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- İlk öncə oyunla bağlı fikirləriniz bildirməyinizi istərdik...
- Stadionda anşlaq idi. Bu gün azarkeşlərin tribunaları doldurmasında KİV-in rolu danılmazdır. Sizlərin apardığınız təbliğat işi öz bəhrəsini verdi. Buna görə də jurnalistlərimizə təşəkkürümüzü bildiririk. Fanatlarımız komandaya böyük dəstək oldular. Düzdür, stadion oyun başlayandan sonra doldu. Bu da yollarda yaranan tıxacla bağlı idi.
- “Neftçi”nin cütün taleyini həll etdiyini düşünmək olarmı?
- Xeyr, hələ bu haqda danışmaq tezdir. Bizi qarşıda daha bir çətin oyun gözləyir. Vaxtımız var, cavab matçına ciddi hazırlaşacağıq. Bilirsiniz ki, mövsümlərarası fasilədə komandaya 6 yeni oyunçu qoşulub. Onlar Avstriyadakı yoldaşlıq oyunları ilə birgə üçüncü oyun idi ki, bir yerdə çıxış edirdilər. Komanda bir-birinə tam uyğunlaşmayıb. Növbəti oyuna daha da ciddi hazırlaşıb, qazanacağımız daha bir qələbə ilə xalqımızı sevindirmək istəyirik.
- Böyük hesablı qələbəni gözləyirdinizmi?
- Bu nəticəni gözləmirdik. Yeri gəlmişkən, qələbəni baş məşqçimiz Böyükağa Hacıyevə həsr edirik. Bu gün o, səhhəti ilə əlaqədar olaraq xəstəxanada müalicə olunur. İnanırıq ki, bu qələbə onun şəfa tapmasında böyük rol oynayacaq.
- “Neftçi” hər zaman iddialı olub. Artıq komandadan qrup mərhələsində iştirak etməsi gözlənilir. Bununla bağlı nə deyə bilərsiz?
- Qismətdir. Bir söz deyə bilmərəm.
- Komanda mərhələ adlasa, yeni transfer olacaq?
- Fikrimcə, transferlərə ehtiyac yoxdur. Sadəcə, futbolçuların öz oyunlarını tam şəkildə tapması üçün bir qədər vaxta ehtiyacımız var. Əsas odur ki, “Zestafoni” səddini aşaq. Bizi qarşıda çətin oyun gözləyir. Gələcəkdə necə olacağını isə zaman göstərəcək.
- Bəs komandaya cəlb etdiyiniz futbolçuların oyunundan razı qaldınızmı?
- Heyətə cəlb etdiyimiz oyunların karyeraları, hansı ölkələrdən, gəldikləri sizlərə məlumdur. Onların hamısı millinin oyunçularıdır. Düzdür, Avstriyadakı toplanış zamanı ortaya qoyduqları oyunlarını bu gün nümayiş etdirə bilmədilər. Amma gələcəkdə onlardan çox şey gözləyirik.
- Onlardan hansını xüsusi fərqləndirərdiz?
- Gəlin, bu gün komandanı fərdlərə bölməyək. Biz bu uğuru komanda şəklində əldə etdik. Kollektiv şəkildə əla oynadıq. Tədricən artıracağımızı düşünürəm.

0
0