“Yeni transferlərimiz komandanı gücləndiriblər”
18.07.2012 - 12:46
“Çətin oyun gözlənilirdi. Buna baxmayaraq, biz daha yaxşı motivasiya olmuşduq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin qapıçısı Rauf Mehdiyev deyib. Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Zestafoni” ilə klubu ilə üzləşən paytaxt təmsilçisi inamlı qələbə qazanıb. Gürcüstan çempionu ilə “Dalğa Arena”da üz-üzə gələn “ağ-qaralar” 3:0 hesabı ilə qalib gəlib.
90 dəqiqə komandasının qapısını qoruyan və qol buraxmayan milli üzvü üçün də nəticə gözlənilməz olub: “Nəticə gözlənilməz oldu. Amma mərhələ adlamağımızı indidən söyləmək olmaz. Çünki cütün taleyi Zestafonidəki matçda həll olacaq”.
Yeni transferlər haqda da danışan Rauf onların komandaya faydalı olduqlarını vurğulayıb: “Bu gün onlar qol vurublarsa, deməli, komandaya xeyirləri dəyir. Fikrimcə, onlar komandanı gücləndiriblər”.
Rəqibin xüsusilə də topla yaxşı rəftar etdiyini qabardan Mehdiyev cavab oyununda ehtiyatı əldən verməməli olduqlarını bildirib: “Topu yaxşı saxlayırlar. Hara gəldi vurmurlar. Buna görə də ehtiyatlı olmaq lazımdır. Cavab oyunu çətin olacaq. Çalışacağıq ki, mərhələ adlayaq”.

0
0