Yığmamız Moldova ilə oynayacaq
18.07.2012 - 12:27
Yığmamız Moldova ilə oynayacaq
Azərbaycan millisinin (U-19) növbəti təlim-məşq toplanışının vaxtı məlum olub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız avqustun 16-dan 24-ə qədər Moldovanın paytaxtı Kişinyovda hazırlıq keçiriləcək. Toplanış çərçivəsində futbolçularımızın moldovalı həmyaşıdları 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırlıq prosesinə dəvət olunacaq oyunçuların siyahısı bu günlərdə açıqlanacaq.