“İstəyirik ki, Lənkəranda nəticə qazanıb, evdə rahat oynayaq”
18.07.2012 - 14:02
“Biz Azərbaycana qələbə dalınca gedirik. İstəyirik ki, Lənkəranda yaxşı nəticə qazanıb, evdə rahat oynayaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşalın “Lex” klubunun futbolçusu Hubert Volakiyeviç deyib. Avroliqanın II təsnifat mərhələsində sabah “Xəzər Lənkəran”la səfər oyununa çıxacaq təcrübəli müdafiəçi qol vurmağın vacibliyini qeyd edib: “Evdən kənarda qol vursaq, bu, öz meydanımızdakı cavab matçı öncəsi bizə üstünlük verəcək. Bu zaman mövqeyimiz güclənəcək. Bunu nəzərə alaraq, Azərbaycana yollanırıq”.
Klublarımızn polşalılarla avrokuboklarda ilk dueli hələ 1997-ci ildə olub. Onda Çempionlar Liqasında ilk təmsilçimiz olan “Neftçi” “Vidzev”ə uduzmuşdu. “Lex” isə 4-cü dəfə Avropada bizə rəqib olaraq, hələ ki həmişə qalib olub. Ancaq Hubert bu dəfə xeyli uzaqda, yəni buna qədər olduğu kimi Bakıda yox, ilk dəfə Lənkəranda oynayacaqlarına deyib: “Komandamız Bakı “İnter”ini 2 il öncə Çempionlar Liqasında oyun sonrası penaltilər seriyasında mübarizədən kənarlaşdırdı. Hər il belə ekzotik komandalara yanaşma dəyişir. Onlar getdikcə güclü olur və bu üzdən onlarla matçlar öncəsi konsentrasiya daha böyük olur. Əlbəttə, bu rəqibləri qiymətləndirməmək olmaz”.

0
0