“Xəzər Lənkəran” komandamız üçün “Jetısu”dan güclü rəqib olacaq”
18.07.2012 - 14:28
“Xəzər Lənkəran” komandamız üçün “Jetısu”dan güclü rəqib olacaq. Azərbaycan komandası Estoniyanın “Nomme Kalyu” klubu ilə ilk oyunda evdə heç-heçə etsə də, səfərdə xarakter göstərərək, 2:0 hesabı ilə qalib gəldi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri polşalı jurnalist Qriqori Halasik deyib. Həmkarımız ölkəsinin Avroliqada təmsilçisi olan “Lex”in II təsnifat mərhələsində rəqibi olan “Xəzər Lənkəran”la keçiriləcək oyunlar haqda düşüncələrini bölüşüb.
Halasik Poznan təmsilçisinə Lənkəran klubu, ümumiyyətlə, klublarımızla əvvəlki oyunlarda qələbələri unudub, ciddi hazırlaşmağı məsləhət görüb: “Xəzər Lənkəran” estoniyalılarla oyunlarda 4 qol vurub ki, bu da əhəmiyyətsiz deyil. “Lex” də buna diqqət yetirməlidir. Lənkəranlılarla 4 il öncəki oyunlara görə arxayınlaşmaq olmaz. Ümumiyyətlə, tarix haqda düşünməyin. Azərbaycanlılar həmin dövrdən bu yana böyük inkişaf əldə edib və şübhəsiz ki, indi komandaları daha yaxşıdır. Buna Avroliqada ilk mərhələni keçmələri bariz nümunədir. Biz həmçinin “Lex”in “İnter”lə 2 il öncə Çempionlar Liqasında mərhələ keçməkdə necə çətinliklə üzləşdiyini unutmamalıyıq”.

0
0