“Lex” Lənkərana 2 hücumçu gətirib
18.07.2012 - 14:42
“Lex” klubu Azərbaycana 19 futbolçu ilə gəlib. Apasport.az saytının məlumatına görə, Poznan təmsilçisi Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la səfər matçına geniş heyət gətirməyib. Belə ki, hazırlıqda iştirak edən 24 futbolçudan 5-i Polşada saxlanılıb.
Rəqibin cəmi 35 yaşı olan baş məşqçisi Mariuş Rumak zədə problemi olan hücumameylli yarımmüdafiəçi Yakub Vilki da ölkəmizə gətirsə də, onu risk edərək, sabahkı oyunda meydana buraxacağı gözlənilmir. O, yetirməsini iyulun 26-da evdəki cavab matçına qorumaq istəyir. Gənc çalışdırıcı 3 qapıçı gətirsə də, hücumçusu ondan az – cəmi 2 nəfərdir. Oyunun protokoluna 18 futbolçunun adının daxil edilməyinə icazə verildiyindən, kənarda qalan 1 futbolçu qapıçı olacaq.
Qapıçılar: Yasmin Buriç, Kriştof Kotorovski, Aleksander Vandzel
Müdafiəçilər: İvan Curceviç, Tomaş Kedziora, Manuel Arboleda, Hubert Volakiyeviç, Luis Enrike, Marçin Kaminski
Yarımmüdafiəçilər: Metyu Mozdzen, Yatsek Kleyb, Qerqo Lovrenksiks, Rafal Muravski, Sizmon Drevnyak, Aleksandar Tonev, Bartoş Berezinski, Yakub Vilk
Hücumçular: Vojo Ubiparip, Bartoş Şlusarksi

0
0