Fabio Kapello Azərbaycan millisini çətin rəqib saydı
18.07.2012 - 15:01
Fabio Kapello Azərbaycan millisini çətin rəqib saydı
“Biz Rusiya Futbol İttifaqı ilə cümə günü razılıq əldə etdik. Ancaq bəzi fikir ayrılığı vardı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapello deyib. İtaliyalı mütəxəssisin karyerasını davam etdirəcəyi milli 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidir.

Nəinki Avropada, dünyada ən güclü məşqçilərdən sayılan Kapello bizim qrupu asan saymayıb: “Kimsə yığmaya yerli mütəxəssisi təyin etmək istəsə də, mənim layihəm prezidentin xoşuna gəldi. Mən çox həyəcanlıyam. Mənim üçün Rusiya yığmasında iş böyük çağırışdır. Hazırda əsas məqsədim millini 2014-cü il dünya çempionatına çıxarmaqdır. Biz Portuqaliya, İsrail, Şimali İrlandiya və Azərbaycanla və Lüksemburqla birgə çətin qrupa düşmüşük. Ancaq inanıram ki, Rusiya yığması seçmə mərhələni uğurla keçəcək”.