Bu gün məşq, sabah oyun
18.07.2012 - 15:18
Bu gün məşq, sabah oyun
“Qarabağ” təlim-məşq toplanışı üçün yollandığı Geredeyə çatıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi təlim-məşq toplanışının 2-ci mərhələsi üçün Türkiyəyə Bakı – İstanbul reysiylə yollanıb. Bolunun Gerede qəsəbəsinə çatan komanda ilk məşqinə də çıxıb.

Bu gün yerli vaxtla saat 12:30-da məşqə çıxan komanda 90 dəqiqəlik çalışma yerinə yetirib. Məşqdə bütün futbolçular iştirak edib. Lakin yüngül zədəsi olan Hacı Əhmədov fizioterapevt nəzarətində fərdi olaraq çalışıb.

Qeyd edək ki, “Qarabağ” 13 günlük müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq sabah komanda ilk hazırlıq matçına çıxacaq. Sabah yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00-da) “Tavşanlı Linyitspor”la qarşılaşacaq. Oyun ağdamlıların məskunlaşdığı oteldən 60 km aralıda yerləşən Qızılcahamamda baş tutacaq.